Menyu

Azərbaycanlı həndbol hakimləri beynəlxalq oyuna təyinat alıblar

Operativ Media
Azərbaycanlı həndbol hakimləri beynəlxalq oyuna təyinat alıblar
1 dəq oxu

Beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları növbəti təyinat alıblar.

Operativ Media xəbər verir ki, həmyerlilərimiz kişilər arasında Avropa Kubokunun üçüncü mərhələsinin “Nilüfer Bələdiyyəspor” (Türkiyə)-“Red Boys Differdange”(Lüksemburq) matçında ədaləti təmsil edəcəklər.

Qarşılaşmada Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi yunanıstanlı Konstantinos Katsikis olacaq.

Görüş noyabrın 16-da Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman Kompleksində keçiriləcək.

Əlaqəli Xəbərlər