İşəgötürənlərin işçilərə icazə verməməsi hansı hallarda qanun pozuntusu sayılır?

Son vaxtlar işçilərin icazə hüquqları, məzuniyyət günləri və iş saatlarının tənzimlənməsi ilə bağlı narazılıqlar artıb.
İşəgötürənlərin işçilərə icazə verməməsi hansı hallarda qanun pozuntusu sayılır?
Bu barədə Operativ Media Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanlayıb.
Bildirilib ki, Əmək Məcəlləsinə əsasən, işəgötürənin işçiyə icazə verməməsi bir sıra hallarda qanun pozuntusu sayılır:
“Bunlara illik məzuniyyətin verilməməsi, ödənişli qısamüddətli icazələrin (nikah, uşaq doğulması, yaxın qohumun ölümü və s.) rədd edilməsi, əsaslandırılmış səbəblərə görə ödənişsiz icazənin əsassız imtinası, hamiləlik və doğuşla bağlı məzuniyyətlərin verilməməsi, xəstəlik vərəqəsinə baxmayaraq işə buraxılmama, eləcə də işçinin razılığı olmadan əlavə işə cəlb edilmə hallarını aid etmək olar. Bu halların hər biri Əmək Məcəlləsinin tələblərinin pozulması hesab olunur və işəgötürən üçün hüquqi məsuliyyət yaradır”.