Menyu

Kilyan Mbappe Bakıya gəlməyəcək

Operativ Media
Kilyan Mbappe Bakıya gəlməyəcək

DÇ-2026-nın seçmə mərhələsinin son turunda Azərbaycan millisinin qonağı olacaq Fransa yığmasının üç futbolçusu heyətdən kənarlaşdırılıb.

Operativ Media  xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Komandanın kapitanı Kilyan Mbappe, "Real"ın daha bir futbolçusu Eduardo Kamavinqa və "Roma"da çıxış edən Manu Kone Bakıya gəlməyəcək. Mbappe və və Kamavinqa zədəli, Kone isə cəzalı durumda olduğundan qarşıdakı oyunu buraxacaq. Artıq hər üç futbolçunun öz klubuna qayıtdığı bildirilib.

Qeyd edək ki, Azərbaycan - Fransa qarşılaşması noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

Əlaqəli Xəbərlər