Vətəndaşlara 7770 və 9990 nömrələrindən gələn zənglə bağlı - AÇIQLAMA
Operativ Media
Son günlər sosial şəbəkələrdə əksər istifadəçilər onlara 9990 qısa nömrəsindən fasiləsiz zənglərin gəldiyini bildiriblər.
Bildirilib ki, qeyd olunan nömrədən gələn zəngi açmaqla, vətəndaşların şəxsi məlumatları və bank hesabları asanlıqla ələ keçirilir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Operativ Media-ya bildirib ki, sözügedən məsələ ilə bağlı bank kartlarına müdaxilə halı, pul oğurlanması halı aşkarlanmayıb.
"DİN-in aidiyyəti baş idarəsində araşdırılır. Hər hansı təhlükəli xüsus müəyyən olunacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək", - deyə qurumun açıqlamasında qeyd olunub.