Ötən gün polis 50 kiloqrama yaxın narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının martın 3-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 49,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 22,2 kiloqramdan artıq heroin, 19,5 kiloqrama yaxın marixuana, 93 qram tiryək, 7,3 kiloqramdan çox metamfetamin, 13 ədəd çətənə kolu, həmçinin 2450 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
*Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
Teqlər:
"Ötən gün polis 50 kiloqrama yaxın narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb"