Ana səhifə / İdman / Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb 14.11.2025, 20:50 Operativ Media Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində bürünc medal qazanıb. Operativ Media xəbər verir ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. O, üçüncü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gəlib. Bu, 22 yaşlı tatami ustasının Dünya Cüdo Turunda ilk mükafatı olub. Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.