Menyu

Bakıda II Təchizat Zənciri Liderləri Zirvəsi 2025 keçirilir -Foto

Şəfa Hüseynli
Bakıda II Təchizat Zənciri Liderləri Zirvəsi 2025 keçirilir -Foto

Bakıda II Təchizat Zənciri Liderləri Zirvəsi 2025 keçirilir.

Operativ Media xəbər verir ki, tədbir Gülüstan Sarayında baş tutur.

Tədbirin məqsədi təchizat zəncirinin idarə edilməsində peşəkarlığın artırılması, innovativ yanaşmaların təşviqi və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsidir. 

Zirvə çərçivəsində üç əsas panel müzakirəsi keçiriləcək:

I Panel: Dövlət Satınalmalarında Peşəkarlıq — dövlət satınalmalarında şəffaflıq, effektivlik və peşəkar kadr potensialının artırılması istiqamətində müzakirələr aparılacaq.

II Panel: Təchizat Zəncirinin Rəqəmsal Transformasiyası — süni intellekt, avtomatlaşdırma və rəqəmsal inteqrasiyanın təchizat proseslərinə təsiri nəzərdən keçiriləcək.

III Panel: Təchizat Zəncirində Risklərin İdarə Edilməsi — davamlı təchizat modelləri, böhran dövrlərində idarəetmə strategiyaları və risklərin minimallaşdırılması mövzuları müzakirə olunacaq.

Fotogalereya

Əlaqəli Xəbərlər