"Parma"nın qapıçısı Suzuki 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq

"Parma" və Yaponiya millisinin qapıçısı Cion Suzuki əməliyyat olunduqdan sonra 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq ,
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Əməliyyat Tokiodakı Keio Universiteti Tibb Məktəbinin Kompleks İdman Tibb İnstitutunda baş tutub.
"Skafoid sümüyünün və sol əlinin üçüncü barmağının cərrahi stabilizasiyası uğurlu alındı. Futbolçu indi Yaponiyada "Parma"nın tibb işçiləri ilə daimi təmasda olaraq reabilitasiyasının birinci mərhələsinə başlayacaq", - deyə məlumatda qeyd edilib.
İnsayder Fabrizio Romanonun sözlərinə görə, İtaliya klubu hazırda müqaviləsi olmayan futbolçular arasında yeni qapıçı axtarışında olacaq.
Bu mövsüm 23 yaşlı Suzuki bütün yarışlarda 13 oyun keçirib və 16 qol buraxıb.