Menyu

Biləcəridə quldurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Biləcəridə quldurluq edən şəxs saxlanılıb

Martın 1-də saat 5 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Ş.Mirzəzadənin idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişinləri tərəfindən bıçaqla hədələnərək 120 manatının və mobil telefonunun talanması barədə polisə məlumat daxil olub. 

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Nahid Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər