Tərtərdə qoyun oğrusu saxlanılıb
Nərmin Qocamanlı
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşa məxsus fermadan xırdabuynuzlu heyvanlar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Röyal Bayramov, Tural Abbaslı və Faiq İbadzadə saxlanılıblar. Araşdırmalarla onların fermadan 13 baş xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net