Menyu

Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib

Operativ Media
Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib

Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib. Cinayət hadisəsi rayonun Turan qəsəbəsində baş verib. 

Operativ Media Azərtac-a istinadən xəbər verir ki, bu gün saat 18 radələrində Şəki rayonunun Turan qəsəbəsi ərazisində 50 yaşlı Mehman Bayramov kəsici alətlə qətlə yetirilib. 

Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov polisə könüllü təslim olub. 

Polis əməkdaşları ərazini nəzarətə götürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində təhqiqat aparır.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər