Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub – YENİLƏNİB

Ağdərədə minaya düşən Əliyev Natiq Namiq oğlunun sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya olunub.
Bu barədə Operativ Media-ya Bərdə rayon Mərkəzi Xəstəxanasından bildirib.
Xəstəxananın travmatoloqu Hafiz Əliyev bildirib ki, 16 noyabr 2025-ci ildə saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü Natiq Əliyev) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Hazırda onun reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
15:51
İşğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində noyabrın 16-sı mina hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.
Bildirilib ki, 1990-cı il təvəllüdlü Bərdə kənd sakini Natiq Namiq oğlu Əliyev minalardan təmizlənməmiş ərazidə piyadaəleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.