Menyu

Azərbaycanlı FİFA referisi UEFA-dan təyinat aldı

Əziz Əzizli
Azərbaycanlı FİFA referisi UEFA-dan təyinat aldı

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Operativ Media xəbər verir ki, K.Umudlu 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Əlaqəli Xəbərlər