DÇ-2026: Hansı milli komandalar vəsiqəni təmin edib?

DÇ-2026-nın seçmə mərhələsi 2023-cü ilin sentyabrında başlayıb və 2026-cı ilin mart ayında başa çatacaq.
Operativ Media xəbər verir ki, Avropada isə seçmə oyunlar, pley-off mərhələsi də daxil olmaqla, 2025-ci ilin martından 2026-cı ilin martınadək keçirilir.
17 noyabr 2025-ci il tarixinə olan məlumata əsasən, 48 komandadan 32-si artıq final mərhələsinə vəsiqə qazanıb:
1. Kanada — ev sahibi ölkə
2. Meksika — ev sahibi ölkə
3. ABŞ — ev sahibi ölkə
4. Yaponiya — Asiyada C qrupunun qalibi (20 mart 2025)
5. Yeni Zelandiya — Okeaniyada üçüncü mərhələnin qalibi (24 mart 2025)
6. İran — Asiyada A qrupunun qalibi (25 mart 2025)
7. Argentina — Cənubi Amerikada seçmə mərhələnin qalibi (25 mart 2025)
8. Özbəkistan — Asiyada A qrupunun ikinci yeri (5 iyun 2025)
9. Koreya — Asiyada B qrupunun qalibi (5 iyun 2025)
10. İordaniya — Asiyada B qrupunun ikinci yeri (5 iyun 2025)
11. Avstraliya — Asiyada C qrupunun ikinci yeri (10 iyun 2025)
12. Braziliya — Cənubi Amerikada ilk 6-lıqda yerini təmin edib (11 iyun 2025)
13. Ekvador — Cənubi Amerikada ilk 6-lıqda yerini təmin edib (11 iyun 2025)
14. Uruqvay — Cənubi Amerikada ilk 6-lıqda yerini təmin edib (4 sentyabr 2025)
15. Kolumbiya — Cənubi Amerikada ilk 6-lıqda yerini təmin edib (4 sentyabr 2025)
16. Paraqvay — Cənubi Amerikada ilk 6-lıqda yerini təmin edib (4 sentyabr 2025)
17. Mərakeş — Afrikada E qrupunun qalibi (5 sentyabr 2025)
18. Tunis — Afrikada H qrupunun qalibi (8 sentyabr 2025)
19. Misir — Afrikada A qrupunun qalibi (8 oktyabr 2025)
20. Əlcəzair — Afrikada G qrupunun qalibi (9 oktyabr 2025)
21. Qana — Afrikada I qrupunun qalibi (12 oktyabr 2025)
22. Kaboverde — Afrikada D qrupunun qalibi (13 oktyabr 2025)
23. Cənubi Afrika Respublikası — Afrikada C qrupunun qalibi (14 oktyabr 2025)
24. Qətər — Asiyada dördüncü raundun A qrupunun qalibi (14 oktyabr 2025)
25. İngiltərə — Avropada K qrupunun qalibi (14 oktyabr 2025)
26. Səudiyyə Ərəbistanı — Asiyada dördüncü raundun B qrupunun qalibi (14 oktyabr 2025)
27. Fil Dişi Sahili — Afrikada F qrupunun qalibi (14 oktyabr 2025)
28. Seneqal — Afrikada B qrupunun qalibi (14 oktyabr 2025)
29. Fransa — Avropada D qrupunun qalibi (13 noyabr 2025)
30. Xorvatiya — Avropada L qrupunun qalibi (14 noyabr 2025)
31. Portuqaliya — Avropada
F qrupunun qalibi (16 noyabr 2025)
32. Norveç — Avropada I qrupunun qalibi (17 noyabr 2025)