Menyu

Kriştiano Ronaldo: "Dünya çempionatına vəsiqə qazandıq, irəli Portuqaliya"

Əziz Əzizli
Kriştiano Ronaldo: "Dünya çempionatına vəsiqə qazandıq, irəli Portuqaliya"

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu komandalarının 2026-cı il dünya çempionatına vəsiqə qazanmasına münasibət bildirib.

Operativ Media xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesablarında yazıb.

“Dünya çempionatına vəsiqə qazandıq. İrəli, Portuqaliya!” — deyə o, qeyd edib.

Noyabrın 16-da Roberto Martinezın rəhbərlik etdiyi komanda seçmə mərhələnin son oyununda Ermənistanı 9:1 hesabı ilə məğlub edib. Bununla da Portuqaliya millisi ardıcıl yeddinci dəfə dünya çempionatına vəsiqə qazanıb.

DÇ-2026 ABŞ, Kanada və Meksikada 11 iyun – 19 iyul tarixləri arasında keçiriləcək.

Əlaqəli Xəbərlər