Son 9 ayda Çindən Azərbaycana gələn turistlərin sayı artıb
Nərmin Qocamanlı
Yanvar-oktyabr aylarında Çindən Azərbaycana səfər edən turistlərin sayı 49 faiz artıb.
Operativ Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Chına Vısıtors Summıt Baku 2025”də çıxşı zamanı bildirib.
Onun sözlərinə görə, yanvar-oktyabr aylarında Çindən Azərbaycana 57 min nəfər səfər edib.
“Azərbaycan ilə Çin arasında əlaqələr sürətlə və dinamik şəkildə inkişaf edir. Ölkələrimiz arasında vizalar üzrə qarşılıqlı azad olunma haqqında imzalanmış sənəd, eləcə də cənab İlham Əliyevin Çinə sonuncu dövlət səfəri ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir”, - o, qeyd edib.