http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Bakı-Qəbələ-Bakı marşrutu üzrə biletlər satışa çıxarılıb

04 Mart 2023 , 15:52
Bakı-Qəbələ-Bakı marşrutu üzrə biletlər satışa çıxarılıb

Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarına biletlər martın 4-dən etibarən satışa çıxarılacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı martın 18-dən etibarən fəaliyyətə başlayır.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat, biznes sinfi üçün 31 manat, birinci sinif üçün isə 93manat təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.

Bildirilir ki, 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var.

"Hərəkət cədvəlinə gəlincə qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq", - ADY bildirir.

Qeyd edək ki, Qəbələ dəmir yolu vağzalının ümumi sahəsi 2 300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir.

 

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu