Azərbaycan Deflimpiya tarixində ilk medalını qazanıb
Operativ Media

Yaponiyada keçirilən XXV Yay Deflimpiya Oyunlarında cüdoçumuz Coşqun Əliyev (-60 kq) möhtəşəm çıxışı ilə ölkəmizə ilk gümüş medalı qazandırıb.
Operativ Media 1/8 finaldan finaladək ardıcıl qələbələr — Cənubi Koreya, Xorvatiya və Niderland təmsilçilərini məğlub edərək finala yüksələn idmançımız, həlledici görüşdə braziliyalı rəqibinə məğlub olsa da, Azərbaycanın Deflimpiya Oyunları tarixində ilk medalı qazanaraq tarixi nailiyyətə imza atıb.
Medal idmançımıza Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin vitse-prezidenti Yutaka Osugi tərəfindən təqdim edilib.
Coşqun Əliyev — XXV Yay Deflimpiya Oyunlarında komandamızın ilk medalçısıdır.