Menyu

İngiltərə millisinin hücumçusu bombardir oldu

Əziz Əzizli
İngiltərə millisinin hücumçusu bombardir oldu

“Bavariya”nın və İngiltərə yığmasının hücumçusu Harri Keyn dünya çempionatı və Avropa çempionatının seçmə mərhələsinin bombardiri olub.

Operativ Media xəbər verir ki, 2019-cu ildən bəri o, belə matçlarda 40 qol vurub ki, bu da digər Avropa millilərindən çoxdur. Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun aktivində 32 qol var.

İngiltərə DÇ-2026-nın seçmə mərhələsində 24 xal toplayaraq ardıcıl səkkiz matçda qalib gələrək "K" qrupunda inamla birinci yeri tutub. Argentina hazırkı dünya çempionudur.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Əlaqəli Xəbərlər