Menyu

İşçi müqaviləsiz işlədikdə hansı hüquqlardan məhrum olur?

Şəfa Hüseynli
İşçi müqaviləsiz işlədikdə hansı hüquqlardan məhrum olur?

Əmək müqaviləsi işçi ilə işəgötürən arasında qarşılıqlı öhdəlikləri və hüquqları təsdiqləyən rəsmi sənəddir. Lakin bir çox hallarda şəxslər müqaviləsiz işləyir ki, bu da həm hüquqi, həm də sosial baxımdan ciddi risklər yaradır.

Məsələ ilə bağlı Operativ Media-ya danışan hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, əmək müqaviləsi olmadan işləmək Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulmasıdır və ciddi nəticələrə səbəb ola bilər:

Əmək qanunvericiliyinə əsasən, işçi ilə işəgötürən arasında əmək münasibətləri mütləq yazılı əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir.

Əmək müqaviləsinin olmaması həm inzibati, bəzən isə cinayət məsuliyyətinə səbəb ola bilər. İşçi müqaviləsiz işlədikdə aşağıdakı hüquqlardan məhrum olur:

  • Əmək haqqı, məzuniyyət haqqı və digər sosial ödənişlərin təminatı;

  • İşdən çıxarılma zamanı qanuni müdafiə hüququ;

  • Sosial sığorta və pensiya təminatı.

Eyni zamanda, işəgötürən əmək müqaviləsi bağlamadığı üçün cərimələnə bilər. Belə ki, yazılı əmək müqaviləsi və ya fərdi elektron müqavilə bildirişi olmadan işçini işə cəlb etmək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən külli miqdarda cərimə ilə nəticələnir.

İşçinin işə başlaması üçün ən vacib addım elektron informasiya sistemində fərdi əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və işçiyə təqdim edilməsidir. Yəni, əmək müqaviləsi olmadan işə qəbul ciddi qanun pozuntusu hesab olunur.”

Əlaqəli Xəbərlər