Menyu

Fransa millisinin hücumçusu: Bizi təəccübləndirən çox əzmkar komanda ilə qarşılaşdıq

Operativ Media
Fransa millisinin hücumçusu: Bizi təəccübləndirən çox əzmkar komanda ilə qarşılaşdıq

Fransa millisinin futbolçuları DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun final – altıncı turunda Bakıda Azərbaycan yığmasına qarşı qazandıqları 3:1 hesablı qələbəni şərh ediblər.

Operativ Media xəbər verir ki, bu haqda "L'equipe" nəşri məlumat yayıb.

Hücumçu Jan-Filipp Mateta və cinah oyunçusu Maqnes Akliuş oyun barədə fikirlərini bölüşüblər.

“İlk on dəqiqədə bizi təəccübləndirən çox əzmkar bir komanda ilə qarşılaşdıq. Duellərin çoxunda qalib gəldilər və ilk qolu vurdular. Amma bu, futboldur — cavab verməli idik və verdik. Fransa millisində çıxış etmək mənim arzumdur; çox xoşbəxtəm və bu ruhda davam edəcəyimə ümid edirəm”, - deyə Mateta qeyd edib.

Maqnes Akliuş azarkeşlərin dəstəyini vurğulayıb.

“Mən inanılmaz dərəcədə qürur duyuram. Gənclər komandasında oynadıqdan sonra əsas komandada qol vurduğum üçün çox şadam. Özümü getdikcə daha rahat hiss edirəm, hamı ilə yaxşı anlaşırıq — bu, vacibdir və meydanda da özünü göstərir. Mən komandaya töhfə verə biləcəyimi sübut etmək üçün hər fürsətdə çalışıram; həm hücumda, həm də müdafiədə əlimdən gələni edirəm. Azarkeşlərin güclü dəstəyi var idi və biz bunu bu oyunda hiss etdik”.

Əlaqəli Xəbərlər