Menyu

Azərbaycan XİN: Son beş ildə 412 nəfər mina partlayışından zərər çəkib

Operativ Media
Azərbaycan XİN: Son beş ildə 412 nəfər mina partlayışından zərər çəkib

44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub.

Operativ Media xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Paylaşımda qeyd olunub ki, minalar hələ də Azərbaycanda insan həyatına son qoymaqda davam edir:

"Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Ermənistan sərhədində minanın partlaması nəticəsində ağır şəkildə yaralanıb. Təkcə 2020-ci ilin 44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub. Mülki şəxsləri hədəf alan, bərpa işlərini ləngidən və təhlükəsiz qayıdışı əngəlləyən bu humanitar faciə beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Bu fakt həmçinin genişmiqyaslı mina təmizləmə əməliyyatlarının sürətləndirilməsi üçün təcili beynəlxalq dəstəyin vacibliyini bir daha göstərir".

Əlaqəli Xəbərlər