Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub
Əziz Əzizli
Prezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında yerləşdirilib.
Dövlət başçısının digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.
Teqlər:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub"