Ana səhifə / İdman / Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi açıqlandı Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi açıqlandı 17.11.2025, 16:47 Operativ Media Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının DÇ-2027-nin seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Operativ Media xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan komandamız 2026-cı ilin martında mübarizəyə start verəcək. Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq: 3 mart 2026-cı il Azərbaycan - Şimali Makedoniya 7 mart Macarıstan - Azərbaycan 14 aprel Andorra - Azərbaycan 18 aprel Azərbaycan - Andorra 5 iyun Azərbaycan - Macarıstan 9 iyun Şimalı Makedoniya - Azərbaycan Qeyd: Oyunların keçiriləcəyi stadionlar və başlanma vaxtı barədə daha sonra məlumat veriləcək.