AFFA Ülvi Babayevlə danışıqlar aparmayıb?
Əziz Əzizli

“Dinamo”nun futbolçusu Ülvi Babayev nəinki Azərbaycanla millidə oynamaqla bağlı heç bir danışıqlar aparmayıb, hətta AFFA 21 yaşlı yarımmüdafiəçi ilə heç vaxt əlaqə saxlamayıb.
Operativ Media xəbər verir ki, bu məlumatı Rusiyanın sport-express.ru saytı yayıb.
Məlumatda qeyd edilir ki, Babayev Rusiya millisində oynamaq arzusundadır. O, bu yaxınlarda gənclər yığmasında debüt edib və iki dəfə fərqlənib.
Bundan əvvəl insayder İvan Karpov "Dinamo"nun forvardının vətəndaşlığını dəyişərək Azərbaycan millisində oynaya biləcəyi haqda məlumat vermişdi.
Babayev 2023-cü ilin yayında "Dinamo"nun əsas komandasında debüt edib. O, "Krılia Sovetov"da da icarə əsasında çıxış edib.