Operativ Media xəbər verir ki, bunu Rusiyanın championat.com saytına açıqlamasında "Dinamo"nun azərbaycanlı futbolçusu Ülvi Babayev deyib.
O, Azərbaycandan onunla heç kimin əlaqə saxlamadığını bildirib.
"Atamın Azərbaycanda doğulmasına həqiqətən hörmətlə yanaşıram. Amma mən Rusiyada doğulmuşam. Azərbaycandan heç kim mənə yaxınlaşmayıb, bunu nəzərə almamışam. Mənim öz məqsədlərim və arzularım var. Özümü Rusiya millisində görürəm".
Qeyd edək ki, Ülvi Babayev Rusiyanın U-21 millisində debüt edib və iki qol vurub.