Qubada yol qəzasında Hindistan vətəndaşı ölüb - YENİLƏNİB

Quba–Bakı yolu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Hindistan vətəndaşı ölü vəziyyətində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Operativ Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Həkim briqadası tərəfindən 1985-ci il təvəllüdlü şəxsin həkiməqədər ölümü faktı təsdiq olunub.
18:21
Noyabrın 17-si Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 149-cu kilometrliyində Sumqayıt şəhər sakini 27 yaşlı Ü.Həsənzadə idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən piyadanı vurub.
Operativ Media xəbər verir ki, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 40 yaşlı Hindistan vətəndaşı Khan Mansoor Faizulla xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.