2026-cı il dünya çempionatına biletlərin olması ABŞ-yə giriş vizalarına zəmanət verməyəcək
Əziz Əzizli
2026-cı il Dünya Çempionatına bilet almaq əcnəbilərin ölkəyə viza alacağına zəmanət vermir.
Operativ Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bəyan edib.
“Biz ABŞ-a daxil olan bütün digər əcnəbilərlə eyni yoxlamaları aparacağıq”, – deyə qurum rəsmisi bildirib.
O, həmçinin qeyd edib ki, 2026-cı il Dünya Çempionatının bilet sahibləri viza müraciətləri üçün növbədə ön sıralarda yer alacaqlar. Rubio onlara mümkün qədər tez müraciət etməyi tövsiyə edib. Müsahibələr ərizənin təqdim edilməsindən altı-səkkiz həftə sonra keçiriləcək.
2026-cı il Dünya Kuboku 11 iyundan 19 iyuladək ABŞ, Meksika və Kanadada təşkil olunacaq.