Almaniya və Niderland 2026-cı il dünya çempionatına vəsiqəni təmin ediblər
Əziz Əzizli
Almaniya və Niderland milliləri dünya çempionatının final mərhələsinə vəsiqə qazanıblar.
Operativ Media xəbər verir ki, seçmə turnirin final mərhələsində Slovakiyanı 6:0 hesabı ilə məğlub edən Almaniya 15 xalla A qrupunda birinci yeri tutub. Slovakiya 12 xalla ikincidir və mübarizəni seçmə mərhələnin pley-off mərhələsində davam etdirəcək.
Son turda Litvanı 4:0 hesabı ilə məğlub edən Niderland millisi 20 xalla "G" qrupunda birincidir.
Polşa millisi Maltanı 3:2 hesabı ilə məğlub edərək 17 xalla qrupda ikinci yeri tutub. Polşalılar mübarizəni seçmə mərhələnin pley-off mərhələsində davam etdirəcək.