Bakıda Azərbaycan və ABŞ beyin mərkəzlərinin I Forumu keçirilir
Operativ Media
Azərbaycan və ABŞ arasında ilk dəfə beyin mərkəzləri forumu öz işinə başlayır.
Operativ Media xəbər verir ki, forum "Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq Naminə Azərbaycan–ABŞ Dialoqu" mövzusunda təşkil olunub.
Tədbirdə iki ölkənin aparıcı beyin mərkəzlərinin rəhbərləri, ekspertlər və rəsmi nümayəndələr iştirak edir. Forum çərçivəsində Azərbaycan–ABŞ münasibətləri, regional təhlükəsizlik, enerji əməkdaşlığı, iqtisadi inteqrasiyalar və strateji tərəfdaşlığın yeni istiqamətləri müzakirə olunacaq.
Forum çərçivəsində "Vaşinqton Sammitinin Qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri", "Vaşinqton Sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi", həmçinin "Enerji təhlükəsizliyi və bağlantı" mövzularında sessiyalar keçiriləcək.