Menyu

BDYPİ: Ötmə qaydasının pozulması ağır qəzaların əsas səbəblərindən biri olaraq qalır

Operativ Media
BDYPİ: Ötmə qaydasının pozulması ağır qəzaların əsas səbəblərindən biri olaraq qalır

Ötmə qaydalarının pozulması respublika yollarında baş verən ağır və faciəvi nəticəli yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri olaraq qalır. Belə qəzaların baş verməsinə çox zaman yüksək sürət, riskli manevrlər və sürücülərin yolun real vəziyyətini düzgün qiymətləndirməməsi səbəb olur.

Bu barədə Operativ Media-ya İdarədən məlumat verilib.

Xüsusilə əks istiqamətli hərəkət zolağına çıxaraq aparılan təhlükəli ötmə qarşı-qarşıya toqquşmalara səbəb olur ki, belə hallarda nəqliyyat vasitələrinin sürətləri bir-birinə doğru yönəldiyi üçün zərbə qüvvəsi dəfələrlə artır və nəticələr çox vaxt faciəvi olur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, ötmə yalnız yol nişanlarının icazə verdiyi yerlərdə aparılmalı, əks istiqamətli hərəkət zolağına çıxmazdan əvvəl qarşıdan gələn nəqliyyat vasitələrinin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, təhlükəsizlikdən tam əmin olduqdan sonra bu proses icra edilməlidir.

Unutmayaq ki, yollarda təhlükəsizliyin əsas şərti diqqət, məsuliyyət və ehtiyatlı davranışdır.
Qaydalara əməl etmək özümüzü və başqalarını qorumağın ən sadə yoludur.

Fotogalereya

Əlaqəli Xəbərlər