Menyu

Azərbaycan millisi Cəbəllütariqlə qarşılaşacaq

Operativ Media
Azərbaycan millisi Cəbəllütariqlə qarşılaşacaq
1 dəq oxu

Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Operativ Media xəbər verir ki, B qrupunda yer alan komanda səfərdə Cəbəllütariqlə üz-üzə gələcək.

Görüş “Europa Point Stadium”da, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Matçın baş hakimi rumıniyalı Andrei Çivulete olacaq.

Qeyd edək ki, yığma növbəti matçını 2026-cı il martın 27-də Portuqaliyaya qarşı keçirəcək.

Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv qrupda 2 xalla 5-ci pillədə qərarlaşıb. Portuqaliya (12 xal) birinci, Çexiya (9 xal) ikinci, Şotlandiya (7 xal) üçüncü, Bolqarıstan (7 xal) dördüncüdür. Xalı olmayan Cəbəllütariq sonuncu – altıncı pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər