Menyu

Masazır və Qobuda işıq olmayacq

Operativ Media
Masazır və Qobuda işıq olmayacq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 18 noyabr tarixində Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq Transformator Məntəqəsində (TM) və kabel hava xətlərində təmir işləri aparılacaq.

Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 13:00-dan 14:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Nizami, Niyazi küçələrində, həmçinin Qobu qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Əlaqəli Xəbərlər