"Baku Elektroniks" və "Kontakt Home" mağazalarının Rəqabət Məcəlləsini pozduğu aşkarlanıb
Operativ Media
"Baku Elektroniks" “YOSHIRO” markasını öz reklamlarında Yapon məhsulu kimi təqdim edib, məhsul Çin və Özbəkistan istehsalı olub.
Operativ Media xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
"Kontakt Home" isə “HOFFMANN” markasını Almaniya məhsulu kimi təqdim edib. Həmin marka isə Çin istehsalı imiş.
Bununla da, sözügedən subyektlər Rəqabət Məcəlləsinin tələblərini pozublar.
Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə yuxarıda adları qeyd olunan təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər verilib.