http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Unibank” silahlı basqınla bağlı məlumat yayıb

04 Mart 2023 , 19:48
“Unibank” silahlı basqınla bağlı məlumat yayıb

"Unibank” bu gün Xətai rayonu ərazisində yerləşən “Bravo” supermarketində baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

"Operativ Media" xəbər verir ki, məlumatda deyilir:

"Bu gün günorta saatlarında Xətai rayonu ərazisində yerləşən supermarketdə baş vermiş silahlı hücum faktı zamanı həlak olan mühafizə əməkdaşı Həsənov Rüfət Rahib oğlunun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk. Silahlı hücum nəticəsində ağır yaralanan Unibankın əməkdaşı, kassir-inkassator Şaydayev Samir Ruslan oğluna şəfa diləyirik. Hazırda Samir Şeydayevin xəstəxana şəraitində müalicəsi davam etdirilir. Əməkdaşımızın müalicəsi ilə bağlı bütün tədbirlər bank rəhbərliyinin diqqətində saxlanılır.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat rəsmi qurumlar tərəfindən veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur".

OXŞAR XƏBƏRLƏR
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Dövlət Reklam Agentliyinə yeni sədr təyin edilib

Dövlət Reklam Agentliyinə yeni sədr təyin edilib

XƏBƏR LENTİ
  • 13:56

    Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib
  • 13:45

    AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib
  • 13:15

    Əməkdar artist Cavanşir Məmmədov vəfat edib - YENİLƏNİB
    Əməkdar artist Cavanşir Məmmədov vəfat edib - YENİLƏNİB
  • 13:00

    MEDİA jurnalistlərə çağırış edib
  • 12:59

    Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşüb
  • 12:40

    Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
  • 12:15

    Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb
  • 11:57

    Sabah hava necə olacaq?
Menyu