Abşeronda yanğın zamanı yararsız avtobuslar yanıb - VİDEO
Operativ Media
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
Operativ Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ərazidə park edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 35 ədəd istismara yararsız avtobusun 4 ədədi yanıb.