"Mançester Yunayted"in hücumçusu 1 aylıq sıradan çıxdı
Operativ Media
“Mançester Yunayted”in hücumçusu Benyamin Şeşkonun durumuna aydınlıq gəlib.
Operativ Media xəbər verir ki, İngiltərə Premyer Liqasının 11-ci turunda “Tottenhem”ə qarşı keçirilən matçda zədə alan sloveniyalı forvard bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Şeşko 4 həftə komandasına kömək edə bilməyəcək.
Bu yay “Leypsiq”dən “Mançester Yunayed”ə transfer olunan Şeşko bütün turnirlər nəzərə alınmaqla 11 matçda 2 qol vurub. 1 dəfə məhsuldar ötürmə müəlifi olib.