"Qalatasaray"ın hücumçusunun son vəziyyəti açıqlandı
Əziz Əzizli

"Qalatasaray" nigeriyalı hücumçusu Viktor Osimhenin səhhəti ilə bağlı yeni açıqlama yayıb.
Operativ Media xəbər verir ki, aparılan MRT müayinəsində futbolçunun sol bud əzələsində orta dərəcədə gərginlik və qanaxma aşkarlanıb.
Məlumatlara görə, Viktor Osimhen "Gənclərbirliyi" matçını və Çempionlar Liqasında "Union SG" ilə qarşılaşmanı buraxacaq, lakin "Fənərbaxça" derbisi üçün heyətə qayıdacağı gözlənilir. Ulduz hücumçunun derbidə start heyətində yer alıb-almayacağı hələlik məlum deyil. Oyunçunun təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. "Fənərbaxça" matçından sonra onun "Samsunspor" və "Monako" matçlarında iştirak edə biləcəyi gözlənilir.