"Barselona" doğma stadionuna qayıdır

Çempionlar Liqasının 6-cı turunda Kataloniyanın “Barselona” klubu evdə “Ayntraxt Frankfurt”u qəbul edəcək.
Operativ Media xəbər verir ki, qarşılaşma yenidən istifadəyə verilən “Spotify Camp Nou” stadionunda keçiriləcək. Bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
“Barselona” – “Ayntraxt” oyunu dekabrın 9-da baş tutacaq. Kataloniya klubu yaxın günlərdə biletlərin satışına başlayacaq. Daha əvvəl klub yenidən qurulan “Spotify Camp Nou” stadionunda İspaniya çempionatının 13-cü turunda “Atletik” Bilbaoya qarşı oyunun da keçiriləcəyini açıqlamışdı. “Barselona” sonuncu dəfə öz stadionunda 2023-cü il mayın 28-də La Liqanın 37-ci turunda “Malyorka”nı 3:0 hesabı ilə məğlub etmişdi. Bu müddət ərzində kataloniyalılar ev oyunlarını Barselonadakı Olimpiya Stadionunda keçiriblər.