"Monako"nun fransalı futbolçusu Pol Poqba bu həftə yaşıl meydanlara qayıdacaq.
Operativ Media xəbər verir ki, bu haqda "L'equipe" məlumat yayıb.
"Monako" klubu fransalı futbolçunun komanda ilə məşqlərə qayıtdığını təsdiqləyib və Poqbanın şənbə günü “Renn”ə qarşı matçda meydana çıxa biləcəyi bildirilib.
“L’Équipe”in məlumatına görə, Poqba zədədən tam sağalıb və 32 yaşında dopinq qadağasından sonra yenidən yaşıl meydanlara dönməyə hazırdır.