Üzgüçülük üzrə növbəti Dünya Kuboku Bakıda keçiriləcək
Əziz Əzizli
2026-cı ilin 1-3 oktyabr tarixlərində üzgüçülük üzrə “Silk Way” (İpək Yolu) Dünya Kuboku Bakıda keçiriləcək.
Operativ Media xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləm bu tədbirə dair müqavilə imzalayıblar.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Qeyd edək ki, “Silk Way” Dünya Kubokunun ilk mərhələsi Bakı Su İdmanı Sarayında baş tutacaq. Digər mərhələlər Özbəkistanda (Daşkənd, 8-10 oktyabr) və Qazaxıstanda (Astana, 15-17 oktyabr) keçiriləcək.