Menyu

Ölkəmizdə keçiriləcək Data, ERP və Süni İntellekt Zirvəsinə son 1 gün qaldı!

Şəfa Hüseynli
Ölkəmizdə keçiriləcək Data, ERP və Süni İntellekt Zirvəsinə son 1 gün qaldı!

20 noyabr tarixində Gülüstan Sarayında keçiriləcək Data, ERP və Süni İntellekt Zirvəsi ölkəmizdə data analitika, ERP, süni intellekt və rəqəmsal transformasiya sahələrində fəaliyyət göstərən yüzlərlə mütəxəssisi bir araya gətirəcək.

Operativ Media xəbər verir ki, Data, ERP və Süni İntellekt Zirvəsi bu il ilk dəfə olaraq ölkəmizdə biznes tədbirlərin təşkilatçılığı üzrə ixtisaslaşan “Facemark” şirkəti, biznesinizi rahat və səmərəli idarə etmək üçün 15 illik təcrübəyə əsaslanan qabaqcıl ERP həlləri təqdim edən “Arter’ şirkəti, texniki, rəqəmsal, biznes bacarıqları üzrə ixtisaslaşmış təlim və xidmət mərkəzi olan “Handex” şirkəti, fərdi, korporativ inkişaf üçün təlim və konsaltinq xidmətləri göstərən ixtisaslaşmış “Human Development Center” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilir.

Zirvə 3 paneldən ibarət olmaqla gün ərzində davam edəcək. “ERP-nin gələcəyi: Yeni trendlər”, “Qara qutular: AI və Data-nın içində nə var?”, “Kodlanmış gələcək: Azərbaycanda süni zəkanın oyandığı çağ? panelləri üzrə 3 moderatorumuz və 17 spiker fikir mübadiləsi aparacaqlar.

Tədbirimiz LOGO şirkətinin baş sponsorluğu və “Insure.az” və “Başkent” Restoran və Şirniyyat Evinin sponsorluğu ilə həyata keçirilir.

Tədbir açılış mərasimindən sonra Keynote çıxışlar, 3 böyük panel, musiqili proqram və şəbəkələşmə sessiyaları ilə davam edəcək.

Zirvədə keynote spiker qismində Tural Nəbizadə (Parloa GmbH – Agentic Conversational AI üzrə məhsul meneceri) “AI First Mindset: Dəyişikliyin Qərb Çalarları və Orta Menecmentin Gücü”, Ömer Çolakoğlu (Microsoft Data Platform MVP) “Kendisi Yapay, Etkisi Gerçek” və İsmail Duran (Logo Group – CTO) “Azərbaycanda İşin Gələcəyi: Süni İntellektlə Gücləndirilən Yeni Nəsil Biznes Tətbiqləri” mövzuları ilə çıxış edəcəklər.

PANEL I

ERP-nin gələcəyi: Yeni trendlər

Format: Davos

Moderator: Kamran Ağayev – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Məlumat İdarəetmə Departamentinin direktoru

Spikerlər:

Sami Öztürk – Veysəloğlu Distribusiya, İdarə Heyətinin üzvü (Rəqəmsallaşdırma və Transformasiya üzrə)

Valeh Nəbiyev – PAŞA Holdinq, Baş Data İnzibatçısı

Vüqar Məsimov – Azərbaycan Mərkəzi Bankı, Data idarəedilməsi şöbəsinin rəisi

Seymur Şabanlı – Kapital Bank, Data Ofisinin rəhbəri

PANEL II

Qara qutular: AI və Data-nın içində nə var?

Format: Individual çıxışlar

Moderator: Rəşad Qurbanov – Handex şirkətinin təsisçisi

Spikerlər:

Kamran Qasımov – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Analitika, Strategiya və Monitorinq Departamentinin rəhbəri

Xəqani Səfərov – Ayes MMC-nin təsisçisi və rəhbəri

Rövşən Nadirov – Metric Analytics şirkətinin təsisçisi

Ümid Süleymanov – Virginia Tech, Kompüter Elmləri üzrə PhD tədqiqatçısı; ADA Universitetinin Kompüter Elmləri üzrə müəllimi

PANEL III

Kodlanmış gələcək: Azərbaycanda süni zəkanın oyandığı çağ

Format: Davos

Moderator: Anar Nəbi – Arter şirkətinin icraçı direktoru

Spikerlər:

Vüsal Məsiyev – İcbari Sığorta Bürosunun icraçı direktoru

Sübhan Qaragözov – Ojag Consulting Services MMC, Direktor müavini və PMO ofisinin rəhbəri

Fuad Məmmədov – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, İdarə Heyəti sədrinin müşaviri

Zirvə boyunca iştirakçıları dəyərli şəbəkələşmə imkanları, real biznes case-ləri əhatə edən interaktiv sessiyalar, dinamik musiqili proqram və xüsusi sürpriz hədiyyələr gözləyir.

Əlaqəli Xəbərlər