Azərreyl CEV Kubokunda Niderland klubu ilə qarşılaşacaq
Əziz Əzizli
CEV Kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün 1/32 final mərhələsinin cavab oyununa çıxacaq.
Futbolpress.az xəbər verir ki, təmsilçimiz Niderlandda “Orion Stars” komandasının qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə “Orion Stars” 3:1 hesabı ilə qalib gəlib.