Menyu

Yamayka millisinin baş məşqçisi postunu tərk etdi

Əziz Əzizli
Yamayka millisinin baş məşqçisi postunu tərk etdi

Yamayka millisinin baş məşqçisi Stiv Maklaren istefa verib.

Operativ Media  xəbər verir ki, buna səbəb onun rəhbərlik etdiyi komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməməsi olub.

Amerika zonası üzrə seçmə mərhələnin B qrupunda Kurasao ilə qolsuz bərabərliklə bitən görüşündən sonra Yamaykanın DÇ-2026-nın əsas mərhələsində iştirak şansı qalmayıb.

Kurasao seçmə mərhələni 12 xalla lider başa vurub. Yamayka millisi isə 11 xalla ikinci olub. Trinidad və Tobaqo 9 xalla üçüncü, Bermud 0 xalla sonuncu – 4-cü yerdə qərarlaşıb.

Əlaqəli Xəbərlər