İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazandı
Əziz Əzizli
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.
Operativ Media xəbər verir ki, idmançı finalda İran təmsilçisi Mohammadhadi Saraviyə 1:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən Jalə Əliyeva (57 kq) qızıl, Elnura Mammadova (50 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar.