Menyu

Bielsa Uruqvay millisini tərk edə bilər

Əziz Əzizli
Bielsa Uruqvay millisini tərk edə bilər

Uruqvay millisinin baş məşqçisi Marselo Bielsa yaxın vaxtlarda postunu tərk edə bilər.

Operativ Media  bu barədə "Pasesuruguay"a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, 70 yaşlı argentinalı Uruqvay Futbol Assosiasiyasının (AUF) rəhbərliyi ilə görüşərək gələcəyini müzakirə edəcək. AUF mütəxəssisin qalıb-qalmayacağından əmin deyil.

2026-cı il dünya çempionatının seçmə turnirində Uruqvay 28 xal toplayaraq 4-cü yerdə qərarlaşıb. Onlar gələn ilin yayında ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına vəsiqə qazanıblar.

Əlaqəli Xəbərlər