Menyu

İngilis futbolçu Konqo millisində oynamaq istəyir

Əziz Əzizli
İngilis futbolçu Konqo millisində oynamaq istəyir

"Lester Siti"nin hücumçusu Stefi Mavididi fikrini dəyişib və indi Konqo Demokratik Respublikası millisində oynamaq istəyir.

Operativ Media xəbər verir ki, bu haqda "Africa Foot" məlumat yayıb.

27 yaşlı ingilis futbolçu daha əvvəl Afrika komandasının çağırışından imtina etmişdi.

Mavididinin ailəsinin bildirdiyinə görə, forvard yığmaya qoşulmaq üçün hazırda millinin baş məşqçisindən zəng gözləyir. O, əvvəllər müxtəlif yaş qruplarında İngiltərənin gənclər millisində çıxış edib.

Konqo Demokratik Respublikası millisi Afrikada 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-off oyunlarında Kamerunu (1:0) və Nigeriyanı (1:1, penaltilərdə 4:3) məğlub edib.

Afrika komandası hazırda gələn martda keçiriləcək qitələrarası pley-offa hazırlaşır. Konqo Demokratik Respublikası millisinin rəqibi turnirə davam edən iki komanda arasında keçiriləcək görüşün qalibi olacaq. Bu komandalar Yamayka və Surinam (hər ikisi KONKAKAF), Boliviya (Cənubi Amerika) və Yeni Kaledoniya (OFC) yığmalarıdır. Püşkatma noyabrın 20-də, cümə axşamı keçiriləcək.

Əlaqəli Xəbərlər