Messi: "Bütün karyeramı "Barselona"da keçirmək istəyirdim"
Əziz Əzizli
"İnter Mayami"nin hücumçusu Lionel Messi bütün karyerasını "Barselona"da keçirmək istədiyini deyib.
Operativ Media xəbər verir ki, bu haqda Sport.es məlumat yayıb.
"Bütün karyeramı başqa kluba keçmədən "Barselona"da keçirmək istəyirdim. Təəssüf ki, hər şey başqa cür oldu. Bu klub mənim, ailəm, evim olaraq qalır", - deyə ulduz futbolçu bildirib.
Messi 2000-ci ildən 2021-ci ilə kimi "Barselona"da çıxış edib. O, bütün yarışlarda 778 matçda 672 qol vuraraq klubun bütün zamanların ən yaxşı bombardiridir. O, həmçinin 303 məhsuldar ötürmə edib. Kataloniya klubundan ayrıldıqdan sonra PSJ və "İnter Mayami"də çıxış edib.