Rumıniya millisinin baş məşqçisi: "Türkiyə futbolunu çox yaxşı bilirəm"
Əziz Əzizli

"Türkiyə futbolunu çox yaxşı bilirəm".
Operativ Media xəbər verir ki, bunu Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku DÇ-2026-nın pley-off mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
O, bütün komandaların şansının bərabər olduğunu bildirib.
"Bilirəm ki, türklərin yaxşı oyunçuları var. Onların yaxşı komandası var. Nə deyə bilərəm? Mən Türkiyə futbolunu çox yaxşı bilirəm. Bütün komandalar eyni səviyyədədir. Bu, problem deyil. Biz belə bir komanda ilə necə oynayacağımızı bilirik. Düşünürəm ki, bütün komandalar, səkkiz komandanın hamısı üçün şanslar bərabərdir".
Qeyd edək ki, Rumıniya millisi pley-off mərhələsində səfərdə Türkiyə ilə qarşılaşacaq. Bu görüşün qalibi Slovakiya - Kosova cütünün qalibi ilə qarşılaşacaq.