İslamiada: Azərbaycanın iki güləşçisi gümüş medal qazandı
Operativ Media
Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Operativ Media xəbər verir ki, Ruzanna Məmmədova (62 kq) və sərbəst güləşçi İslam Bazarqanov (57 kq) finalda uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Qeyd edək ki, digər təmsilçilərimizdən Əli Rəhimzadə (65 kq) və Nigar Mirzəzadə (68 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar.